“Messiylə oynamağa çalışdım” – Kurtua

“Real”ın qapıçısı Tibo Kurtua Avropa Liqasının 1/8 final mərhələsinin PSJ ilə matçında rəqib komandanın hücumçusu Lionel Messinin vurduğu penalti zərbəsini qaytarıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kurtua, PSJ ilə oyundan əvvəl Messinin penalti zərbəsi texnikasını öyrəndiyini deyib:

“Belə oyunlarda qapıçı çox çalışmalı olur. Messinin penalti texnikasını öyrənmişdim və xəttin üzərində dayanaraq, onunla oynamağa çalışdım.

Penaltini qaytarmaq üçün bir az da bəxt lazımdır”.

Messinin oyunun 62-ci dəqiqəsində penaltidən zərbəsini belçikalı qolkiper qaytarıb. Buna baxmayaraq, PSJ “Real”ı 1:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button