Türk futbolçu “Nyukasl”a “yox” dedi

Almaniyanın “Bayer” klubunun türk əsilli almaniyalı futbolçusu Kerem Demirbay “Nyukasl”dan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 28 yaşlı yarımmüdafiəçinin qış fasiləsində “Nyukasl”dan təklif aldığı, ancaq “yox” cavabı verdiyi bildirilib.

Demirbay yeni mövsümdə Çempionlar Liqasında oynamaq istədiyi üçün İngiltərə klubunun təklifini rədd edib.

Almaniya milli komandasının da üzvü olan Kerem, bu mövsüm “Bayer”lə 26 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button