“Qalatasaray”ın sabiq futbolçusu rəsmən “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”nın yarımmüdafiəçisi Jedson Fernandesi transfer edib.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Türkiyə klubu bu keçidə görə Portuqaliya təmsilçisinə 6 milyon avro ödəyib. Futbolçunun özü ilə də 4+1 il illik müqavilə imzalanıb.
“Beşiktaş” Jedson Fernandesin xidmətindən bu mövsüm yararlana bilməyəcək. Məsələ burasındadır ki, İstanbul klubu portuqaliyalı futbolçunu Super Liqanın digər təmsilçisi “Rizəspor”a icarəyə verib. 23 yaşlı vinger mövsümün sonunadək sözügedən komandada çıxış edəcək. O, “Beşiktaş”a yayda qoşulacaq.
Jedson “Benfika”nın öz yetirməsidir. O, sözügedən klubun əsas komandasında meydana çıxdığı 60 oyunda 3 qol vurub. 2020/21 mövsümündə İngiltərənin “Tottenhem” klubunda icarədə oynamış futbolçu, həmin mövsümün ikinci dövrəsini də “Qalatasaray”da keçirib.
Bizi Facebook-da izləyin