Döz, Namik, döz
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubu maliyyə problemi ilə üzləşib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 1-ci liqa təmsilçisində bir neçə futbolçu maliyyə problemi səbəbindən klubu tərk edib.
Hazırda komandanın Antalyadakı toplanışında cəmi üç legioner iştirak edir ki, onlardan biri də Namik Ələskərovdur. Türkiyə mətbuatı Namiklə yanaşı, Nikolas Salasar və Reagi Ofosunun xarakter göstərərək, komandada qaldıqlarını yazıb.
Namik bu mövsüm “Bursaspor”da 21 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin