Braziliya millisinin üzvü “Nyukasl”da – 44 milyon dollarlıq transfer
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Lion”dan Bruno Qimaraynsı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
“Nyukasl” Braziliya yığmasının da üzvü olan Qimarayns üçün “Lion”a 44 milyon dollar ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin