“Keşlə” sabah daha bir yoxlama oyunu keçirəcək
Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Keşlə” sabah təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv birinci bivizion təmsilçisi “Kəpəz”lə qarşılaşacaq.
Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi ilə oyun “ASK Arena”da baş tutacaq. Oyuna saat 15:30-da start veriləcək.
Xatırladaq ki, “Keşlə” bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Səbail”lə də görüşüb və heç-heçə edib – 1:1. Bu komandaların ötən həftə “Dalğa Arena”dakı qarşılaşması “Keşlə”nin 2:0 hesablı qələbəsiylə yekunlaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin