Afrika Millətlər Kuboku: qrup mərhələsinə yekun vuruldu
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, 12-ci oyun günündə daha iki qrup üzrə son oyunlar keçirilib.
E qrupunda Fil Dişi Sahili yığması Əlcəzairə qalib gəlibsə, Ekvatorial Qvineya da Syerra Leonedən güclü olub. Yekunda ilk iki pilləni tutan Fil Dişi Sahili ilə Ekvatorial Qvineya yığmaları növbəti mərhələyə yüksəlib.
F qrupunda Qambiya Tunis millisini son dəqiqə qolu ilə məğlub edib. Mali isə Mavritaniya üzərində inamlı qələbəyə sevinib. Bu qrupdan Mali birinci, Qambiya ikinci yerlə növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, daha öncə Kamerun, Burkina Faso, Seneqal, Qvineya, Mərakeş, Qabon, Nigeriya və Misir yığmaları da pley-offa vəsiqə qazanmışdı. Bu komandalarla yanaşı, daha yaxşı göstəricilərə malik dörd qrup üçüncüsü də növbəti mərhələyə yüksəlib. Bunlar Malavi, Kabo Verde, Tunis və Komor adaları yığmalarıdır.
Afrika Millətlər Kuboku
20 yanvar
E qrupu
Fil Dişi Sahili – Əlcəzair 3:1
Qol: Kessye, 22. Sanqare, 39. Pepe, 54 – Bendebka, 73.
Syerra Leone – Ekvatorial Qvineya 0:1
Qol: Qanet, 38.
Xal durumu: Fil Dişi Sahili – 7, Ekvatorial Qvineya – 6, Syerra Leone – 2, Əlcəzair – 1.
F qrupu
Qambiya – Tunis 1:0
Qol: Yallou, 90+3.
Mali – Mavritaniya 2:0
Qol: Haydara, 2. Kone, 49-pen.
Xal durumu: Mali – 7, Qambiya – 7, Tunis – 3, Mavritaniya – 0.
Bizi Facebook-da izləyin