“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlığı Bakıda davam etdirən iki komanda – “Keşlə” ilə “Səbail” sabah yoxlama matçında üz-üzə gələcək.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçiləri Mərdəkandakı “Dalğa Arena”da qarşılaşacaqlar. Oyuna saat 16:00-da start veriləcək.

Elita təmsilçiləri yanvarın 24-də daha bir sınaq matçında qarşılaşmağı planlaşdırırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button