Bir il müalicə aldı, sağaldı

“Liverpul”un beynində şiş olan sabiq futbolçusu Xose Enrike sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş müdafiəçi sosial şəbəkə hesabından məlumat yayıb. Sabiq ispan futbolçu, bir ilə yaxın davam edən müalicə kursundan sonra tamamilə sağaldığını bildirib.

Karyerası ərzində “Liverpul”, “Nyukasl”, “Vilyarreal” kimi klublarda forma geyinən Enrike, 2017-ci ildə futbolçu karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button