“Milan”ı “Sampdoriya”ya dəyişdi
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Andrea Kontini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konti ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Milan” italyan müdafiəçini 2017-ci ildə “Atalanta”dan 24 milyon avroya transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin