“İnsanlar peyvənd olunmasa, ölə bilərlər” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, insanları koronavirusa qarşı peyvənd olunmağa çağırıb:
“Xəstəliyi yox etmək üçün ən etibarlı yolun peyvənd olduğunu deyən insanlara inanmaq istəyirəm. İnsanlar peyvənd olunmasa, ölə bilərlər.
Deyilənlərə əməl etməliyik. Əks halda, daha pis nəticələr ola bilər. Məsələn, yenidən boş stadionlarda oynaya bilərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin