Azərbaycan badmintonçusu DÇ-nin 1/16 finalında uduzdu

İspaniyanın Huelva şəhərində təşkil olunan badminton üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycan badmintonçusuz Edi Reski Dviçayo bu gün mundialda növbəti sınağına çıxıb.

O, 1/16 final mərhələsi çərçivəsində Honkonq təmsilçisi Li Çeuk Yiu ilə qarşılaşıb. İdmançımız bu rəqibinə 0:2 (13:21, 15:21) hesabı ilə uduzub.

Xatırladaq ki, Edi 1/32 finalda Türkiyə təmsilçisi Emre Lale ilə qarşılaşmış və 2:0 (21:15, 21:16) hesablı qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button