Azərbaycan çempionatının bombardiri dopinqdən istifadə edib
“Neftçi”nin sabiq oyunçusu Nikolas Kanales futbolçu karyerasında siqaret çəkdiyini və dopinqdən istifadə etdiyini etiraf edib.
Komanda.az xəbər verir ki, 36 yaşlı keçmiş hücumçu, bu barədə Çilidə televiziya verilişinin birində etiraf edib.
Kanales efirdə tamaşaçının sualına “Dostum, futbol oynayanda da siqaret çəkirdim və mənə dopinq veriblər” deyə, cavab verib.
Nikolas Kanales 2012-ci ildə və 2014/2015 mövsümündə “Neftçi”nin formasını geyinib. Hücumçu, ilk mövsümündə Azərbaycan çempionu və Premyer Liqanın bombardiri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin