AFFA “Keşlə”, “Zirə” və “Qəbələ”ni cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Keşlə” – “Səbail” oyununda “Keşlə” klubunun futbolçusu Anatole Abanq ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
“Zirə” – “Qəbələ” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;
“Qəbələ” klubunun futbolçusu Omar Hani ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin