“Qalatasaray” milli üzvü ilə “nikah təzələdi”
“Qalatasaray” futbolçusu Martin Linnesin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi norveçli müdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Linnes yeni müqaviləylə illik 1,4 milyon avro məvacib alacaq.
2016-cı ildə “Molde”dən transfer edilən 27 yaşlı futbolçu, 23 dəfə Norveç millisinin şərəfini qoruyub.
Linnes bu mövsüm Super Liqada 15 qarşılaşmada iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin