Azərbaycandan Latviya ilə heç-heçə
Futzal üzrə Azərbaycan milli komandası bu gün Latviya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.
Komanda.az xəbər verir ki, Liepaya Olimpiya Mərkəzində keçirilən oyunu Eduard Ratkuyin, İnqus Purins və Qunar Roqa idarə ediblər. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 2:2. Komandamızın hər iki qolunu Sezar Conatan vurub.
Bu komandalar arasında aprelin 11-də keçirilmiş ilk oyunda Azərbaycan 3:1 hesabı ilə qələbə qazanmışdı.
Futzal, yoxlama oyunu
12 aprel
Latviya – Azərbaycan 2:2
Qol: R. Raşçevski, 30:51, M. Sens, 39:49 – S. Conatan, 29:05, 38:06.
Hakimlər: Eduard Ratkuyin, İnqus Purins və Qunar Roqa
Liepaya Olimpiya Mərkəzi. Saat 19:00.
Latviya: 12. Kaspar Neret (q), 2. Artur Yerofeyev, 3. Yanis Pastar, 9. Dmitri Borisov, 5. Matis Babris, 1. Aigar Bondar (q), 4. Maksim Sens (k), 14. German Matyuşenko, 13. Artur Kuleşov, 7. Roman Rozkovski, 6. Aleksandr Kuleşov, 8. Riçard Raşçevski, 11. Yuri Halimon, 10. Artur Strazdin.
Baş məşqçi: Artur Şketov.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 14 Vitali Borisov (k), 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio Da Silva.
Bizi Facebook-da izləyin