“Qarabağ”ın sabiq futbolçusu 4-cü liqa klubunda
“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye özünə yeni iş yeri tapıb.
Komanda.az xəbər verir ki, o, bundan sonra karyerasını Polşanın “Veçista” komandasında davam etdirəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Haitili sol cinah müdafiəçisi Krakov təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. Sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər. 32 yaşlı oyunçu 4-cü liqa klubunda 96 nömrəli formanı geyinəcək.
Gerye 2017-2019-cu illərdə də “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində yenidən Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr “Apollon”u olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin