DÇ-2022: Azərbaycan millisinin üzvü 3-cü oldu
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turunun ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan qapıçılardandır. 27 yaşlı oyunçu 8 matçda 18 qol buraxıb. O, bu göstəricidə 3-cü sırada yer alıb. Seçmə mərhələdə ən çox qol buraxan San Marinonun qapıçısı Elia Benedettinidir (32 qol).
Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında Benedettini ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki oyunçu 44 dəfə komandalarını qoldan xilas edib. Siyahıya isə 57 seyvlə Benyamin Büxel başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin