Ələskərovdan “Bursaspor”da ikinci qol

Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin yeganə qolunu da Namik vurub. Millimizin üzvü 61-ci dəqiqədə penaltidən fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ikinci qoludur.

“Bursaspor” 12 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button