Kurban Berdıyev: “Oyundan razı, nəticədən narazıyam”
Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev Avropa Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Dünən də dediyim kimi, ağır oyun alındı. Təəssüf ki, qapımıza gələn iki zərbə qolla nəticələndi. Oyundan müəyyən qədər məmnunluq olsa da, nəticədən narazıyam. Əks-hücumlarda qol buraxdıq. İndi biz nə istəsək, deyə bilərik. Amma qol epizodlarının boşa verilməsi bizi ruhdan saldı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin