Namik Ələskərovdan “Bursaspor”da ilk qol
Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Balıkəsispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin ilk qolunu da Namik vurub. Millimizin üzvü 29-cu dəqiqədə fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ilk qoludur.
“Bursaspor” 10 turdan sonra 11 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin