“Sübut etdik ki, bu komandanın böyük bacarığı var” – “Sabah”ın futbolçusu
“Sabah” Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”i məğlub edib.
Komanda.az xəbər verir ki, 3:1 hesabıyla bitən matç “Sabah”ın müdafiəçisi Filip İvanoviç üçün ikiqat sevindirici olub. Oyunda “Sabah”ın bərabərlik qoluna imza atan serbiyalı futbolçu, həm də, Premyer Liqada ilk qolunu vurub. Filip “Səbail” üzərində qələbəylə bağlı klubun saytına fikirlərini bildirib:
“Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik bu komandanın böyük bacarığı var. Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. Çünki bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.
Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.
Bizi Facebook-da izləyin