“Barselona” “körpə”yə 50 milyon avro qiymət qoyub
“Barselona” klubunun futbolçusu Qavinin sərbəstqalma məbləği məlum olub.
Komanda.az xəbər verir ki, bu mövsüm sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən ispan yarımmüdafiəçinin hazırda sərbəstqalma məbləği 50 milyon avrodur. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona” klubunun vitse-prezidenti Raf Yust 17 yaşlı futbolçunu klubda saxlayacaqlarını bildirib:
“Biz onun təhlükəsizliyini təmin edəcəyik. “Barselona” onun evidir”.
“Barselona”nın yetirməsi olan Qavi bu mövsüm Kataloniya təmsilçisiylə 8 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin