UEFA-dan şikayətçi olan Nurlan İbrahimov: “Bizim gəldiyimiz qənaət budur ki…”
Bu gün İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxıb. Bakı vaxtı ilə saat 11:30-da start götürən məhkəmədə İbrahimovun vəkili qismində Fərid Haqverdiyev iştirak edib.
Komanda.az məhkəmədən sonra Nurlan İbrahimovu danışdırıb:
“Heç nə demək olmur. Bizim gəldiyimiz qənaət budur ki, onlar da cəzanın ağır olduğunu bilirlər. Peşəkar davranmağa çalışırıq. Amma dediyim kimi, hələ konkret heç nə demək olmur”.
Nurlan İbrahimov Vətən müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov bu il yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
Bizi Facebook-da izləyin