“Barselona”nın futbolçusu İspaniya millisinin tarixinə düşdü
İspaniya milli komandası Millətlər Liqasının yarımfinalında İtaliya yığmasıyla qarşılaşıb.
Komanda.az xəbər verir ki, sözügedən oyunda iştirak edən ispan futbolçu Qavi İspaniya millisinin tarixinə düşüb. Belə ki, o, milli komanda tarixinin ən gənc debütantı olub.
“Barselona”da çıxış edən yarımmüdafiəçi İspaniya millisində debütünü 17 yaş 62 günlüyündə gerçəkləşdirib.
Bundan əvvəlki rekord keçmiş futbolçu Anxel Subyetiyə aid idi. O, 1936-cı ildə yığma ilə ilk oyununa çıxarkən 17 yaş 284 günlük idi.
İspaniya yığması Millətlər Liqasının yarımfinalında İtaliyanı məğlub edib – 2:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin