“Real”ın prezidenti La Liqanın inkişafını istəmir”
İspaniya La Liqasının prezidenti Xavyer Tebas maraqlı açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Tebas, “Real” klubunun prezidenti Florentino Peresin La Liqanın inkişafını istəmədiyini deyib:
“Florentino La Liqanın inkişafını istəmir. Çünki bu baş versə, onun Avropa Super Liqası planı çökəcək. “Barselona”nın prezidenti haqda danışmıram. Onlar üzərində hazırda təzyiqlər var və ciddi tənqid olunurlar”.
“Real” İspaniya La Liqasında liderdir, “Barselona” isə 9-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin