Adı “Neftçi” ilə hallanan hücumçu “Hapoel”lə müqavilə imzaladı

Bir müddət əvvəl adı “Neftçi” ilə hallanan futbolçu Nikita Rukavitsa karyerasını İsraildə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu “Hapoel” klubuna keçib. Bu barədə Beer-Şeva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rukavitsa ilə 2 illik müqavilə imzalanıb.

Rukavitsa paytaxt klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəlmiş, lakin son anda qərarını dəyişmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button