Stuxlik: “Qəbələ”nin futbolçusuna qırmızı vərəqə göstərilə bilərdi”
AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 11-də keçirilmiş “Sabah” – “Qəbələ” oyununun 27-ci dəqiqəsində baş vermiş qayda pozuntusuna münasibət bildirib.
Komanda.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Sabah” – “Qəbələ” oyununun 27-ci dəqiqəsində baş vermiş qayda pozuntusu zamanı VAR sistemi tətbiq olunsaydı, epizod rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək kimi təfsir olunmaqla, qayda pozuntusuna yol vermiş futbolçuya qırmızı vərəqə göstərilə bilərdi”.
Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyununun 27-ci dəqiqəsində qonaqların müdafiəçisi Murad Musayev meydan sahiblərinin futbolçusu Coy-Lens Mikelsi kobudluqla saxlamış və sarı vərəqə ilə cəzalanmışdı.
Bizi Facebook-da izləyin