“Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər kubokunun seçmə mərhələsində Mərkəzi Afrika Respublikasına (CAR) qarşı keçirilən oyunda iştirak edib.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu start heyətdə yer alıb və sona qədər meydanda qalıb. Görüş 1:1 hesablı bərabərliklə bitib.
Kabo-Verdenin növbəti matçı sentyabrın 7-də Nigeriyaya qarşı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin