“Real” daha bir futbolçusunu itirdi
İspaniyanın “Real” klubu daha bir ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Dani Sebaylos sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 25 yaşlı futbolçunun Tokio-2020 Yay Olimpiya Oyunları zamanı İspaniya yığmasının düşərgəsində zədə aldığı diqqətə çatdırılıb. Müayinələr nəticəsində futbolçunun ayaq biləyinin bağlarının qopduğu üzə çıxıb.
Qeyd edək ki, Sebalyos İspaniya yığmasının Misirlə görüşündə sıradan çıxmışdı. Yarımmüdafiəçi 2015-ci ildən “Real”da çıxış edirdi.
“Real” bir neçə gün öncə Toni Kroosu da zədə səbəbindən itirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin