“Barselona” Aqueronun müqaviləsini ləğv edə bilər!
İspaniyanın “Barselona” klubu futbolçusu Serxio Aquero ilə yollarını ayıra bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı hücumçu ilə müqaviləni vaxtından əvvəl ləğv edə bilər.
Belə ki, Aqueronun müqaviləsində yer alan maddəyə görə, klub hücumçunun zədələnməsi səbəbindən onun sözləşməsini ləğv edə bilər.
“Barselona” məşqdə zədələnən Aqueronun 10 həftəlik sıradan çıxdığını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin