“Zenit” 30 milyon avro verir – AÇ-2020-nin çempionu üçün
“Torino”nun və İtaliya milli komandasının futbolçusu Andrea Belotti karyerasını Rusiyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Zenit” 27 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Sankt-Peterburq təmsilçisinin “Torino” ilə 30 milyon avro qarşılığında razılaşdığı bildirilib.
Belottinin “Torino” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Hücumçunun “transfermarkt”da dəyəri 35 milyon avrodur.
Belotti İtaliya yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin