Nigeriyalı hücumçu “Qalatasaray”la vidalaşdı

Türkiyənin “Qalatasaray” klubu nigeriyalı futbolçu Henri Onyekuru ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçu “instagram” hesabında paylaşım edib. “Sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terimlə şəklini paylaşan Onyekuru, “Hər şey üçün təşəkkürlər və uğurlar” yazıb.

Onyekuru müqavilə ilə Fransanın “Monako” klubuna məxsusdur. Hücumçu bu ilin yanvarında icarə əsasında “Qalatasaray”a keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button