Ramil Şeydayevin uğurlu seriyası qırıldı
Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
Şeydayev də bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb. Əvvəlki üç turda ardıcıl qollar vuran Ramil bu dəfə uğurlu seriyasını davam etdirə bilməyib.
Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Səmədov 82-ci dəqiqədə sarı vərəqə də alıb.
Hazırda “Krılya Sovetov” 24 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin