AÇ-2020: “Onun üçün oynadıq” – Kyeza

İtaliya milli komandasının futbolçusu Federiko Kyeza AÇ-2020-nin yarımfinalında İspaniya yığmasını məğlub etdikləri oyundan (1:1, penaltilər 4:2) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Kyeza, qələbəni komanda yoldaşı Leonardo Spinatsolaya hədiyyə etdiyini deyib:

“Qələbəni Spinatsolaya hədiyyə edirəm. Bizimlə olsaydı, komandaya çox kömək edərdi. Onun üçün oynadıq. Ümid edirəm ki, finalda da onu xoşbəxt edərik.

Çox vaxtımız yoxdur. Mövsüm ərzində üç gündən bir oyun keçiririk. Buna öyrəşmişik. Finala hazır olacağıq”.

Spinatsola İtaliya yığmasının 1/4 finalda Belçikanı məğlub etdiyi oyunda (2:1) ciddi zədə almış və daha sonra əməliyyat edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button