Anri Belçika millisindən ayrıldı
AÇ-2020-də mübarizəni 1/4 finalda dayandıran Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi olan Tyerri Anri işindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Anri millidəki işini tərk edib. Fransalı mütəxəssis Belçika yığmasındakı məvacibini xeyriyyə məqsədiylə bağışlayıb.
Anri 2016-2018-ci illər aralığında da Belçika yığmasında məşqçi kimi çalışıb. O, həmin vaxt da qazandığı pulu xeyriyyə məqsədiylə xərcləmişdi.
Belçika yığması AÇ-2020-nin 1/4 finalında İtaliyaya uduzub – 1:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin