“Beşiktaş”dan yeni mövsümün ilk transferi

Türkiyə çempionu “Beşiktaş” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, İstanbul klubu geridə qalan mövsümü “Alanyaspor”da keçirmiş Salih Uçanı transfer edib.

Bu barədə “qara qartallar”ın rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmır. Alanya təmsilçisi ilə müqaviləsinin müddəti bitən futbolçu yeni klubuna azad agent kimi qoşulub.

Salih Uçan peşəkar karyerasına “Bucaspor”da başlayıb. Daha sonra o, “Fənərbaxça”, “Roma”, “Sion” və “Empoli”də oynayıb. Yarımmüdafiəçi 2019-cu ilin yayından etibarən “Alanyaspor”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button