“Borussiya” rəsmisi Sançonun “Mançester Yunayted”ə keçidini təsdiqlədi
Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Borussiya”nın icraçı direktoru Hans-Yoahim Vatzke açıqlama verib. O, Sançonun transferi ilə bağlı “Mançester Yunayted”lə razılığa gəldiklərini deyib.
Sanço tibbi müayinədən keçdikdən sonra “qırmızı şeytanlar”la müqavilə imzalayacaq.
Almaniya mətbuatının xəbərinə görə, “Mançester Yunayted” ingilis futbolçu üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin