“Mançester Yunayted” “Borussiya” ilə razılaşdı
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Ceydon Sançonu heyətinə qatmağa yaxındır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, “Mançester Yunayted”in 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə razılaşdığı bildirilib.
Premyer Liqa təmsilçisi Sanço üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək. “Mançester Yunayted” ingilis futbolçunun keçidini yaxın zamanda açıqlayacaq.
Sanço “Borussiya” ilə ümumilikdə 133 oyunda 46 qol vurub, 62 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin