“Azərbaycanda möhtəşəm futbol oynanıldığı ilə bağlı fikrim yoxdur”
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq “Çukariçki”nin futbolçusu Mladin Stevanoviç klubun saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, serbiyalı futbolçu, “Sumqayıt”ı məğlub etməyin öz əllərində olduğunu deyib:
“Azərbaycanda möhtəşəm futbol oynanıldığı ilə bağlı fikrim yoxdur. Bir dəfə “Partizan”da çıxış edən zaman “Neftçi”yə qarşı oynadığım oyunları yaxşı xatırlayıram. Onlar narahat komandadırlar, sürətli oyunçuları var və oyunlar asan olmayacaq.
Diqqətli olmalıyıq və bacarıqlarımızla qələbə qazanmaq öz əlimizdədir. Cavab matçından əvvəl vəziyyəti özümüz üçün asanlaşdıra bilərik”.
“Çukariçki” “Sumqayıt”la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.
Bizi Facebook-da izləyin