Messidən rekord, Aquero 100-ə çatdı

Argentina yığması Amerika kubokunun qrup mərhələsinin 5-ci turunda Boliviyanı məğlub edib.

Komanda.az xəbər verir ki, 4:1 hesabıyla bitən görüş argentinalı Lionel Messi və Serxio Aquero üçün əlamətdar olub. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Messi Argentina millisinin heyətində ən çox oyun keçirən futbolçu olub. Boliviya ilə matç kapitan üçün 148-ci olub. Messi bu qarşılaşmalarda 75 qol vurub, 44 məhsuldar ötürmə edib.

Aquero isə Argentina yığması ilə 100-cü oyununa çıxıb. 32 yaşlı hücumçu bu matçlarda 41 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button