AÇ-2020: İtaliyalı müdafiəçi matçın ən yaxşısı seçildi

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İtaliya – Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Leonardo Spinatsola bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. İtaliya yığmasının vurduğu ilk qolun məhsuldar ötürməsinin müəllifi də Spinatsola olub.

Qeyd edək ki, İtaliya – Avstriya matçı 2:1 hesabıyla başa çatıb. Nəticədə italyanlar 1/4 finala vəsiqə qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button