“Qarabağ”ın rəqibi yeni futbolçu ilə gücləndi
“Qarabağ”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aşdod” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İsrail təmsilçisi qapıçı Sahar Hassonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Hassonun son klubu İsrail “Ramat-ha-Şaron”u olub.
“Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin