AÇ-2020: “Azərbaycan xalqı bizi tək qoymadı”

Türkiyə millisinin müdafiəçisi Mert Müldür AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Bakıda İsveçrə ilə keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu görüşün çətin keçəcəyini bildirib:

“İlk iki oyunda uduzduq. Bu, çoz üzücüdür. Daha yaxşı nəticələr qazanmağı hədəfləmişdik. Qarşıda daha bir oyunumuz var və bu matça tam hazır olmalıyıq. Qrupu 3-cü pillətə başa vurmaq üçün əlimizdən gələni etməliyik. Hamımız məyusuq, amma toparlanmaq lazımdır. Bu oyun bizim üçün önəmlidir. Ümid edirəm ki, qələbə qazanacağıq.

Oyunlarımızın Bakıda keçirilməsi bizim üçün çox yaxşı oldu. Azərbaycan xalqı bizi tək qoymadı. Hər zaman yanımızda oldu. Fanatların tribunaya qayıtması bizi sevindirir. Həm türkiyəli, həm də azərbaycanlı tərəfdarlar daim bizə dəstək oldular. Onlara təşəkkür edirəm. İnanıram ki, nəticələrimiz yaxşı olmasa da, bizi dəstəkləyəcəklər. Komandaya inamlarını itirməsinlər”.

Qeyd edək ki, iki turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. “Ay-ulduzlular” qrupdakı son matçını bu gün Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək. Oyuna saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button