AÇ-2020: “Bakıdakı atmosferdən həzz almalıyıq” – Beyl

Futbol üzrə Uels yığmasının kapitanı Qaret Beyl AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Türkiyə millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Daha əvvəl ağır atmosferlərdə oynamışam. Əsas komanda şəklində çıxış etməkdir. Mənim üçün qolu kimin vurmasının fərqi yoxdur. Önəmli olan qalib gəlməkdir. Ümid edirəm ki, stadiondakı atmosferə dözüb, yaxşı oyun göstərəcəyik.

Sabahkı matçda özümüzü qonaq kimi hiss edəcəyik. Fanatlar baxımından bəzi sıxıntıların olacağını bilirik. Amma bu, normaldır. Atmosferdən həzz almalıyıq. Azareşlərin bizi fitə basmasına öyrəşmişəm. Sakit oynamalıyıq”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button