“Qəbələ”dən ayrıldı, “Sumqayıt”la müqavilə imzaladı – rəsmi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu ilk futbolçu keçidini reallaşdırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, əvvəllər də “kimyaçılar”ın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu “Sumqayıt”da 74 nömrəli formada çıxış edəcək.

Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında “Sumqayıt”da çıxış edib. Ümumilikdə 39 oyunda 4 qol vuran Nəbiyev “Qəbələ” (31 oyun, 2 qol) və “Zirə”nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button