Mehmet Topal klubsuz qaldı
Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Mehmet Topal ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
35 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bu yay başa çatıb. Tərəflər yeni sözləşmə imzalamaq istəmədiyi üçün yollarını ayırıblar.
“Başakşəhər” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Topal 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi. O, 2019/20 mövsümündə bu komandanın heyətində Türkiyə çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin