Braziliya milli komandası Amerika kubokunda oynamaqdan imtina etdi

Futbol üzrə Braziliya milli komandasının futbolçuları iyunun 14-də start götürəcək Amerika kubokunda oynamaqdan imtina edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirus pandemiyasına yoluxma hallarının çoxluğudur. Braziliyalı futbolçuların bu qərarını millinin baş məşqçisi Tite açıqlayıb. O, yığmanın kapitanı Karlos Kazemiro və digər futbolçuların Amerika kubokunda iştirakdan imtina etmə qərarını dəstəklədiyini bildirib.

Futbolçuların bu qərarı Braziliya Futbol Federasiyasına bildirilib.

Braziliyanın ev sahibliyi edəcəyi Amerika kuboku turniri iyunun 14-də başlayacaq.

Braziliyada koronavirusdan 470 mindən çox adam ölüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button