Beyl: “İspan dilini bilmədiyim üçün məni söyürlər”
Müqavilə ilə İspaniyanın “Real” klubuna məxsus olan, icarəsə əsasında son mövsümü “Tottenhem”də keçirən Qaret Beyl açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uelsli futbolçu, İspaniya mətbuatının ondan xoşu gəlmədiyini deyib:
“Real”a qayıtmağım İspaniya mətbuatını narahat edir. Bunu bilirəm və düzgünlüyünü etibarlı mənbədən öyrənmişəm. Mətbuatın mənim yaşam tərzimi dəyişməsinə icazə verməyəcəm.
İspan dilini bilmədiyim üçün məni söyürlər. İspaniya mətbuatı onlarla danışmadığım üçün mənə qəzəblənir. Buna görə hadisələri dramatikləşdirirlər. Onların Eden Hazarda nələr etdiklərini görürəm. Sanki Hazard kimisə öldürüb. Nəticədə, biz sadəcə oyun oynayırıq”.
Beyl bu mövsüm “Tottenhem”lə 33 oyunda 14 qol vurub. 31 yaşlı oyunçunun icarə müqaviləsi iyunun sonuna qədərdir.
“Tottenhem” Premyer Liqada son mövsümü 7-ci sırada bitirib.
Bizi Facebook-da izləyin