Nazarov mövsümün son oyununda dubl etdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da sonuncu matçına çıxıb.

Aue təmsilçisi 34-cü tur çərçivəsində doğma meydanda “Osnabruk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana buraxılıb. Komandasına qələbə qazandıran qolları da Nazarov vurub. O, meydana çıxandan cəmi iki dəqiqə sonra hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə o, özünün və komandasının ikinci qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.

34 oyuna 44 xal toplamış “Ersgebirge” mövsümü 18 kollektiv arasında 12-ci pillədə başa vurub. Nazarov isə geridə qalan mövsümdə 30 oyun keçirib, 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button